Azərbaycanlılar ermənilərin qondarma DQRlə bağlı tədbirini ləğv etdirdi

Azərbaycanlılar ermənilərin qondarma "DQR"lə bağlı tədbirini ləğv etdirdi


15:10     20 Fevral 2019 2019/02/52109861_1941983839233467_7138046452642611200_n-(1)_1550661085.jpg

Ermənistan səfirliyi ilə və erməni diasporu Almaniyada daha bir təxribata əl atmaq istəyib. Belə ki, səfirlik və diaspor Almaniyanın ən böyük kilsəsində qondarma və separatçı “DQR” ilə bağlı tanıtım tədbiri keçirmək istəyib. Heç bir dövlət tərəfindən tanınmayan, tarixi Azərbaycan torpaqlarında separatizm üzərində qurulmuş qondarma respublikanın tanıtımı üçün onlar müxtəlif dairələrdən razılıq alıblar. Lakin Almaniyada yaşayan vətənsevər soydaşlarımız tədbirin qarşısını alıblar.

Bu barədə Femida.az-a Almaniyada yaşayan soydaşımız Həsən Ağayev məlumat verib. Onun sözlərinə görə, ermənilər əvvəlcə tədbirlə bağlı dəvətnamə hazırlayaraq, onu müxtəlif yerlərdə paylayıblar:



“Bu tədbir Artsax, yəni qondarma Dağlıq Qarabağ Respublikasının tanıtımı ilə bağlıdır. Almaniyanın ən böyük əyalətlərindən olan Mayntsda təşkil etmək istəyirdilər. Hansı ki, burada ölkənin ən qədim kilsəsi yerləşir. İçinə 5-6 min adam yerləşir. Orada tədbir keçirməli idilər. Biz Roma Papasına qədər bütün aidiyyatı yerlərə müraciət etdik. Hətta Almaniya Kansleri Angela Merkelə belə yazdıq. Ki, bu tədbir keçirilə bilməz. Çünki qondarma ölkənin keçirdiyi qondarma tədbirdir. Tədbir 16 fevralda baş tutmalı idi. Təşkilatçılar “DQR”in Almaniya üzrə nümyəndəsi Harutyun Qriqoryan, Ermənistanın Almaniya səfirliyi və Mayntz Kilsəsinin baş rahibi Herr Maskula idi”.

“Burada yaşayan vətəndaşlarımız birləşərək bu işin üstünə düşdük. Hər yerə yazdıq, konfransı ləğv etdirdik. Əyalət rəhbərliyinə xəbər verdik. Sərvan Rüstəmovun rəhbərliyi ilə hər yerə müraciət etdik. Biz bunu xaricdə yaşayan, amma vətəninə, dövlətinə sadiq qalan insanlar kimi etdik”, - deyə Həsən Ağayev qeyd edib.

Qeyd edək ki, həmvətənlərin səylərinsən sonra ermənilər tədbirin ləğv olunduğunu elan ediblər:



Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #Almaniya   #Azərbaycan   #Qarabağ   #siyasət   #diaspor  

Oxunub: 399