ATƏT-in Baş katibi Bakıya gələcək

ATƏT-in Baş katibi Bakıya gələcək


15:20     20 Fevral 2019 2019/02/9e477ff1-d59a-4109-a0aa-c8e02804ae0e_1550662055.jpg

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Azərbaycana martın 5-də səfərə gələcək.


Femida.az xəbər verir ki, bu barədə report-a Slovakiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, ötən gün Moskvada mətbuat konfransı zamanı M.Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu demişdi.

Ümumiyyətlə, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.

Daha əvvəl bildirilmişdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.


Femida.az

Açar sözlər:

Oxunub: 107