ATƏT-in Baş katibi Bakıya gələcək
15:20 20 Fevral 2019
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Azərbaycana martın 5-də səfərə gələcək.
Femida.az xəbər verir ki, bu barədə report-a Slovakiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, ötən gün Moskvada mətbuat konfransı zamanı M.Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu demişdi.
Ümumiyyətlə, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.
Daha əvvəl bildirilmişdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb
- ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək
- ATƏT-in Minsk Qrupu bəyanat yayıb
- ATƏT-in sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb
- ATƏT-in PUA-sı cəbhə xəttində yoxa çıxdı
- ATƏT-in baş katibi Azərbaycana gəlib
- ATƏT-in baş katibi Bakıya gələcək
- ATƏT-in 25 daimi nümayəndəsi Azərbaycana gəlib