Bakıda anasını və qardaşını yandıran şəxs psixi ekspertizaya göndərilib

Bakıda anasını və qardaşını yandıran şəxs psixi ekspertizaya göndərilib


15:31     20 Fevral 2019 1398947325_mehkeme3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elxan Xudaverdiyev vəsatət qaldırıb. O, hüquqlarını müdafiə etdiyi şəxsin psixi problemlərinin olduğunu deyib. Vəkil V.Kolosovun psixi durumunun yoxlanılması üçün təkrar ekspertiza təyin edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib. V.Kolosov təkrar ekspertizaya göndərilib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı V.Kolosovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib. Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək od vurub.

Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.

Açar sözlər:

Oxunub: 140