Tələbə qız prezidentlə görüşdü, ondan bunu xahiş etdi – VİDEO


15:54     20 Fevral 2019 19_02_20_1550663799.jpg


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bir neçə gün əvvəl Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub. Dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlət başçısına yaxınlaşaraq söhbət ediblər.

Femida.az-ın məlumatına görə, görüş zamanı şəhər sakini olan tələbə prezidentdən xahiş edib:

“Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə sizə çox təşəkkür edirəm. Tələbələr adından sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və bizim tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi sizdən xahiş edirik”.



Femida.az

Açar sözlər: #tələbə   #Sumqayıt   #prezident   #video  

Oxunub: 627