Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək


15:59     20 Fevral 2019 mikayil.jpg

Vergilər naziri Mikayıl Cabbarov fevralın 25-də Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Femida.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 20-23 fevral 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə və İmişli rayonunda vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Femida.az

Açar sözlər:

Oxunub: 344