Qatil cəzasının yüngülləşdirilməsini istəyir - Apellyasiya


17:11     06 Aprel 2015 habsss.jpg


Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Vüqar Yunisovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

 

Femida.az-ın xəbərinə görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 10-na təyin edilib.

 

Qeyd edək ki, ötən il mayın 6-da 1951-ci il təvəllüdlü Əhmədov Vahid Cəbrayıl oğlunun Bakı şəhərinin Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı  kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə cinayətin 1997-ci il təvəllüdlü Yunusov Vüqar Rəşid oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Yunisov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Onu da qeyd edək ki, öldürülən V. Əhmədov sabiq polis əməkdaşı olub. (APA)


Femida.az 

Açar sözlər:

Oxunub: 386