“Gilan Holding” “AFB Bank”da payını satır - QİYMƏT


18:23     20 Fevral 2019 19_02_20_1550664476.jpg

Hikmət İsmayılov "AFB Bank"da "Gilan Holding"in payını satın alıb.


Femida.az bu barədə Trend -ə istinadən məlumat verir.

Qeyd olunur ki, H.İsmayılov 55 447 səhmi 70,14 milyon manata əldə edib. Saziş fevralın 7-i imzalanıb.

Bundan əvvəl, "Gilan Holding" "AFB Bank"ın səhmlərinin 99,64 faizinə nəzarət edirdi. İndi bu pay bütünlüklə H.İsmayılova keçib.

Hazırda bankın digər səhmdarları Cəmil Muradov (0,18 faiz) və Əkbər Abdullayevdir (0,18 faiz)

Açar sözlər:

Oxunub: 417