Prezident “Şərəf” ordeni verdi


00:15     24 Oktyabr 2015 345135_456625serencam7.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaqub Abdulla oğlu Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, Y.Eyyubov Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Y.Eyyubov 2003-cü ildən Azərbaycan Respublikası baş nazirinin birinci müavinidir.

Açar sözlər:

Oxunub: 787