Ağdamda qəza nəticəsində avtomobildə sıxılıb qalan şəxs xilas edildi


19:09     20 Fevral 2019 2019/02/2335603E-4A1D-4C97-AA10-521F0A87FE92_1550674460.jpeg

Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində "Opel" markalı minik avtomobilin ağaca çırpılması nəticəsində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri vətəndaşı deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 416