Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub


20:06     20 Fevral 2019 valyuta_manat_0257.jpg

2019-cu ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri 3 milyard 800,0 milyon manat təşkil edib.

Femida.az Trend-ə istinadən bildirir ki, əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən gəlirlər 385,2 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 475,4 milyon manatlıq vəsait qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 427