Azərbaycan nümayəndə heyəti Cenevrədə
20:34 20 Fevral 2019
İsveçrənin Cenevrə şəhərində “Ümumdünya Radiorabitə Konfransı”na (ÜRK) hazırlıqlar çərçivəsində görüş təşkil olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşün əsas məqsədi hazırlıq prosesinin nəzərdən keçirilməsi, hesabatların hazırlanması, təşkilati məsələlərin həllidir.
Konfransa hazırlıq prosesi zamanı radiorabitə reqlamenti, radiotezlik spektri, geostasionar və qeyri-geostasionar peyk xidmətlərindən, həmçinin orbitlərdən istifadə üzrə beynəlxalq sazişlər barədə təkliflərin irəli sürülməsi nəzərdən keçiriləcək.
Görüşdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edirlər. Azərbaycan nümayəndə heyəti konfransa hazırlıq görüşü çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə bilik və təcrübə mübadiləsi aparıblar.
Regional Rabitə Birliyi (RRB), Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı (CEPT) toplantılarda fəal iştirakı ilə seçiliblər.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil ediləcək “Ümumdunya Radiorabitə Konfransı-2019” cari ilin 28 oktyabr - 22 noyabr tarixlərində Misirin Şarm-əş-Şeyx şəhərində keçiriləcək.
Femida.az
Oxunub: 374
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)