Paşinyan həmsədrlərlə Qarabağı müzakirə etdi

Paşinyan həmsədrlərlə Qarabağı müzakirə etdi


20:45     20 Fevral 2019 2019/02/687E4CE7-8322-44A1-B2E0-D73AF1FE7E3D_1550681181.jpeg

İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskonti Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılıb.

Paşinyan münaqişənin həlli istiqamətində beynəlxalq vasitəçilərin mühüm işlər gördüyünü deyib.

Minsk qrupunun həmsədrləri İrəvandan sonra Bakıya gələcəklər.

Bundan əlavə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak da Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün martın ilk yarısında Azərbaycan və Ermənistana səfər edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 154