Yaponiya Pakistana 10 milyon dollar yardım edəcək


21:21     20 Fevral 2019 2019/02/21-21-26-732422_1550683350.jpg

Yaponiya ilə BMT arasında Pakistanda qida çatışmazlığının aradan qaldırılması və həyat şəraitinin yüksəldilməsini nəzərdə tutan 10,6 milyon dollarlıq yardıma dair anlaşma imzalanıb.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, anlaşma İslamabadda imzalanıb. Anlaşmaya əsasən, yardımın bir hissəsi Hayber-Paxtunxva əyalətinin 155 min sakininin ərzaq təminatına sərf olunacaq. Bununla bərabər, ölkənin ən kasıb əyalətlərində həyat şəraitinin yaxşılaşdırılması da nəzərdə tutulur. Təxminən 21 min nəfərin yaşadığı Kurram ve Orakzay bölgələrində iş yerlərinin açılması da anlaşmada öz əksini tapıb

Açar sözlər:

Oxunub: 345