Avtobusda azərbaycanlı tələbəyə təcavüz edən türkiyəli tutuldu


23:16     20 Fevral 2019 4_ilde_feto_operasyonu_22_gozalti_1484217045_4017.jpg

Türkiyənin Antalya şəhərində sərnişin avtobusunda azərbaycanlı tələbəyə qarşı seksual hərəkətlər edən şəxs həbs edilib.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Bələk bölgəsində 5 ulduzlu otellərdən birində ofisiant işləyən Yılmaz K. adlı şəxs avtobusda Akdəniz Universitetinin tələbəsi olan Azərbaycan vətəndaşına təcavüz edib. Olaya digər sərnişinlər də şahid olub.

Tələbənin qışqırdığını görən sürücü avtobusun qapılarını bağlayıb və polis çağırıb.

Yılmaz K. Itiihamları qəbul etməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 665