Bu tələbələrin təhsil haqlarını dövlət ödəyəcək - VİDEO
09:24 21 Fevral 2019
Ödənişli əsaslarla oxuyan, amma təhsil haqqını ödəməkdə çətinlik çəkən bəzi tələbələrin təhsil haqları dövlət hesabına ödəniləcək.
Femida.az xəzərxəbər-ə istinadən xəbər verir ki, dövlət büdcəsi vəsaiti hesabına Gənclər Fondu tərəfindən təhsil haqları maliyyələşdiriləcək gənclər müsabiqə əsasında seçiləcək.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun sözlərinə görə, bununla bağlı müraciətlərin qəbulu yay aylarında başlayacaq.
Fərid Cəfərov bildirib ki, ötən il müvafiq proqramla bağlı fonda 724 müraciət daxil olub. Seçim əsasında 237 tələbənin təhsil haqqı ödənilib. İcraçı direktor deyib ki, müraciətlər daxil olduqdan sonra tələbənin vəziyyəti araşdırılır, onunla bağlı ali məktəblərdən məlumatlar toplanır. Gözlənilir ki, bu il daha çox tələbənin təhsil haqqı ödəniləcək. Tələbələr seçilərkən bir sıra meyarlar nəzərə alınacaq, daha çox sosial müdafiəyə ehtiyacı olan gənclərə üstünlük veriləcək
Bundan əlavə, Gənclər Fondu xaricdə təhsil proqramı üzrə maliyyələşdirməni həyata keçirə bilər.
Bu arada, Gənclər Fondunun Müşahidə Şurasının cari ildə ilk iclası keçirilib. İclasda şuranın gündəliyi müzakirə edilib.
Femida.az
Oxunub: 544
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir