“50 min mənzilə çıxarış veriləcək” - Deputat


09:34     21 Fevral 2019 19_02_21_1550727329.jpg


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxmənzilli binalardakı mənzillərə orderlərin verilməsinin asanlaşdırılması haqqında sərəncamı artıq fəaliyyətdədir”.


Femida.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə məlumat verib.

Deputat bildirib ki, hesablamalara görə 400 yaşayış kompleksində 50 mindən çox mənzilə çıxarış veriləcək:

"Bu da təqribən 200 min sakin, Bakı əhalisinin isə təqribən 10 faizi deməkdir".

Femida.az

Açar sözlər:

Oxunub: 596