Əsgərlərə telefondan istifadə qadağan edildi - Rusiyada


09:56     21 Fevral 2019 19_02_21_1550728646.jpg


Rusiya Dumasında hərbiçilərin xidmət başında mobil telefonlardan istifadəsinin qadağan edilməsi ilə bağlı səsvermə keçirilib.

“Euronews” xəbər verir ki, təklif 450 üzvdən 400-nün lehinə səs verməsi ilə qəbul edilib.

Qərara əsasən hərbiçilər foto və video çəkən, internetə çıxışı olan smartfonları iş vaxtlarında üzərlərində daşıya bilməyəcəklər. Sadəcə zəng və mesaj funskiyası olan sadə telefonlara isə qadağa qoyulmayıb.

Duma üzvləri bu addımın milli təhlükəsizliyi qorumaq, hərbiçilərin gizli məlumatlarının ifşa edilməsinə mane olmaq məqsədilə atıldığını bidiriblər.

Qərar Rusiya prezidenti Vladimir Putinin təsdiqləməsindən sonra qüvvəyə minəcək.(qafqazinfo.az)

Femida.az

Açar sözlər:

Oxunub: 492