Bakı metrosunda azyaşlı qıza zor tətbiq edən bu şəxs imiş - FOTO


10:50     21 Fevral 2019 bak-metrosunda-hrkt-dayand-yenlnb_1.jpeg

İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb. Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 645