Qəbul imtahanlarının vaxtı niyə dəyişdirilib? - SƏBƏB
11:53 21 Fevral 2019
Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanlarının dəyişdirilməsi səbəbini açıqlayıb.
Femida.az xəbər verir ki, Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə Trend-ə bildirib ki, I və IV ixtisas qrupları üzrə imtahan gününün dəyişdirilməsi I ixtisas qrupu üzrə qabiliyyət imtahanlarının keçirilməsinin, o cümlədən yazılı cavab vermək tələb olunan işlərin yoxlanılmasının müəyyən qədər vaxt tələb etməsi ilə əlaqədardır. Ona görə də iyunun 30-da keçirilməsi nəzərdə tutulan I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə yay qəbul imtahanı iyunun 23-də keçiriləcək:
"I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanın mayın 12-nə keçirilməsi isə onunla əlaqədardır ki, iki imtahan (yaz və yay) günü arasında lazımi qədər vaxt yaransın və abituriyentlər imtahana daha rahat şəkildə hazırlaşa bilsinlər. Bundan əlavə, iyunun sonlarında ölkədə beynəlxalq əhəmiyyətli digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanları kütləvi xarakter daşıdığı üçün digər beynəlxalq tədbirlərlə eyni vaxtda keçirilməsi məqsədəuyğun hesab edilmir".
Femida.az
Oxunub: 558
Oxşar xəbərlər
- Qəbul imtahanında ən yüksək balı o topladı
- Qəbul imtahanlarının nəticələri açıqlandı
- Qəbul imtahanlarının saatı dəyişdirilib
- Qəbul imtahanına qədər 18 yaşı olan oğlanların nəzərinə!
- Qəbul imtahanına Vətən müharibəsi mövzusu daxil edilib
- Qəbul və buraxılış imtahanlarının ballarını belə HESABLAYIN
- Qəbul qaydalarındakı güzəştlər hansı doktorantlara aid olunacaq?
- Qəbulda ən yüksək nəticə göstərən rayonlar - SİYAHI
- Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
- Müəllim olmaq istəyənlər! - Qəbul başa çatır