Qubada suya düşən ekskavator sürücüsünün meyiti- 14 gün sonra TAPILDI


14:22     21 Fevral 2019 19_02_21_1550744733.jpg


Qubada itkin düşmüş sürücünün meyiti tapılıb.


DİN Mətbuat xidmətindən Femida.az-a daxil olan məlumatda bildirilib ki, fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında qazıntı işləri aparılan zamanı ekskavatorun aşması nəticəsində çaya düşən sürücü itkin düşüb. Araşdırmalarla həmin şəxsin Şabran rayon sakini, 41 yaşlı Vüqar Qasımov olduğu müəyyən edilmişdi.

Hadisə baş verən andan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, polis və digər aidiyyatı qurumların əməkdaşları səfərbər olunaraq həmin şəxsin tapılması istiqamətində intensiv axtarışlara başlayıb.

Ərazinin çay kənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülüb, ərazinin mühafizəsi təşkil edilib.

Birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də öz nəticəsini veribr. V.Qasımovun meyiti çaydan tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 503