Vasif Talıbov İnstitut direktorunu təltif edib


15:59     21 Fevral 2019 vasif%20t5.jpg

Tariyel Talıbov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

Femida.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 21-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə Talıbov Tariyel Hüseynəli oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

Qeyd edək ki, T.Talıbov AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, əməkdar elm xadimidir.

Femida.az

Açar sözlər:

Oxunub: 501