Saxta düyünü əsil düyüdən neçə fərqləndirək?
16:17 21 Fevral 2019
Məlum olduğu kimi Çində bir çox məhsulların, o cümlədən də düyünün saxtası hazırlanaraq bir çox ölkələrə idxal edilir.
Süni kimi bilinən düyü əslində, tam sintetik deyil. Onun əsasını formanı yaxşı saxlaması üçün plastik əlavə edilmiş kartof nişastası təşkil edir. Bir pors bu cür düyü yediksə siz bir ədəd sellofan paket yemiş olursunuz. Ona görə də, düyü almazdan əvvəl onu yoxlamaq lazımdır.
Bunun üçün də medicina.az sizə bir test təqdim edir.
Su testi
1 x/q düyünü soyuq suya ataraq sürətlə qarışdırın. Əgər düyü dənələri qabın dibində qalarsa deməli düyü təbiidir. Yox əgər dənələr suyun üzərində üzürlərsə, onda bu düyünün tərkibindən şübhələnmək lazımdır.
Alov testi
Düyünü kibritlə yandırın. Saxta düyü o dəqiqə alışaraq yanacaq və yanmış plastmas qoxusu yayacaq.
Əzilmə testi
Bir neçə ədəd düyü dənəsini əzin. Əsil düyü ağ una çevrilir. Saxta düyüdən isə sarımtıl rəngli kütlə alınacaq.
Kif testi
Əgər siz yemək hazırladığınıəz düyü yeməyinin zərərsiz olub-olmadığını öyrənmək istəyirsinizsə, o zaman bişmiş düyünü az miqdarda qapalı şəkildə isti bir yerdə saxlayın. Bir neçə gündən sonra əsil düyü kiflənəcək. Saxta düyü isə ilk günkü kimi də qalacaq.
Oxunub: 446
Oxşar xəbərlər
- Saxta COVID-19 pasportu satan tibb işçiləri tutulub
- Saxta COVID-19 pasportu satan şəxsə cinayət işi açılıb
- Saxta COVID pasportu satan həkimlərə cinayət işi açılıb
- Saxta COVID-19 pasportu satan tibb bacısı barəsində cinayət işi başlanılıb
- Saxta vaksin pasportu satan 3 nəfər saxlanılıb
- Saxta COVID-19 pasportu satan tibb qardaşı barəsində cinayət işi başlanılıb
- Saxta COVID-19 sənədi verən feldşerə cinayət işi açılıb
- Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub
- Saxta COVİD-19 pasportu satan həkimlər saxlanıldı - Video
- Saxta əlilliklə bağlı 266 şəxsin sənədləri Baş Prokurorluğa göndərilib