Bacısı qızını qaçırdığına görə 20 yaşlı gənci öldürdü


16:56     21 Fevral 2019 1398947325_mehkeme3.jpg

Gəncə Ağır Cinayətlər Məhkəməsi qətl hadisəsi törətməkdə təqsirləndirilən Bahadur Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.



"Report"un xəbərinə görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçıraraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu A.İsayevin boğazını kəsərək qətlə yetirib.

Açar sözlər:

Oxunub: 418