Sarkozinin Qəddafidən 8 milyon dollar aldığı ortaya çıxdı


18:39     21 Fevral 2019 2019/02/1550748548_1550754153.jpg

Fransanın sabiq prezidenti Nikola Sarkozi seçki kampaniyası üçün Liviyanın devrilmiş lideri Müəmmər Qəddafidən 8 milyon dollar alıb.



Femida.az xəbər verir ki, belə bir iddia ilə Liviyanın kəşfiyyat xidmətinin sabiq rəhbəri Abdullah es-Sennusi çıxış edib.

O, bildirib ki, bu pullar Sarkoziyə Qəddafinin beynəlxalq aləmdəki imicinin yaxşılaşdırılması, özü və köməkçiləri barədə məhkəmə çəkişmələrinin dayandırılması, saxlanılma barədə qərarların ləğv edilməsi qarşılığında verilib.

Qeyd edək ki, Sarkozi ötən ilin martında Qəddafidən milyonlarla pul aldığı iddiasını qəti şəkildə yalanlayıb və bununla bağlı başladılan istitntaqı "vaxt itkisi” hesab etmişdi. O, Qəddafinin seçki kampaniyasına etdiyi yardımın 45 milyon dollardan az olduğunu açıqlamışdı.

Xatırladaq ki, "Ərəb baharı” zamanı liviyalıların Müəmmər Qəddafiyə qarşı etirazları başladıqda Fransa BMT-nin qərarını gözləmədən Liviyaya hava hücumuna keçmişdi./azvision.az

Femida.az

Açar sözlər:

Oxunub: 431


Oxşar xəbərlər