Azərbaycan ordusu 25 dərəcə soyuqda təlimlərdə - FOTO/VİDEO


17:12     21 Fevral 2019 19_02_21_1550754779.jpg

Türkiyənin Qars bölgəsində “Qış 2019” Birləşmiş Müştərək Hərəkət Təlimi başlayıb.



Femida.az xəbər verir ki, “Sözcü”nün yaydığı məlumata əsasən, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, Banqladeş, Bosniya Herseqovina, Gürcüstan, Qazaxıstan, Kosova, Küveyt, Qətər, BƏƏ, Almaniya, Bolqarıstan, İtaliya, Özbəkistan və Pakistandan olan ümumilikdə 251 şəxsi heyət iştirak edir.



Təlimin fevralın 22-də başa çatacağı bildirilib. Təlimdə məqsəd qarlı və şiddətli soyuqda hərbçilərin atəş və manevr imkanlarını inkişaf etdirməkdən ibarətdir.


Məlumatda qeyd edilib ki, hazırda Qarsda havanın temperaturu -25 dərəcədir.




Açar sözlər:

Oxunub: 1181