Piyadanı vurub qaçan sürücü tapıldı


18:30     21 Fevral 2019 piyada2.jpg

Fevralın 20-də saat 12 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməyən avtomobillə Bakı şəhər sakini Ş.Əmrahova vurulub.
DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Camalov saxlanılıb.

Açar sözlər:

Oxunub: 314