İlk Avropa Oyunlarına həsr olunmuş mahnı – VİDEO


17:21     16 May 2015 klipilkaovv.png

Bu gün Bakıda keçiriləcək İlk Avropa Oyunlarına həsr olunmuş mahnı və klipin təqdimatı keçirilib.

Müğənnilər Samir Cəfərov və Sevda Ələkbərzadənin ifa etdiyi mahnı ASAN Könüllülər Birliyinin təşəbbüsü ilə ərsəyə gəlib.

Mahnının klipində də həmçinin ASAN-ın və İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin könüllüləri çəkiliblər.

Mahnının sözləri Yazçılar Birliyinin üzvü Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova aiddir. Mahnı həmçinin ingilis dilinə də tərcümə olunub. Tərcümə Nigar Həsənzadəyə məxsusdur.

Bundan başqa, ASAN Könüllələrinin təşəbbüsü ilə İlk Avropa Oyunları ilə bağlı flayerlər də hazırlanıb. Flayerlərdə mahnının hər iki dildə sözləri əks olunub.





Açar sözlər:

Oxunub: 432