Prokuror Bakıda ərini öldürən qadına cəza istəyib
17:44 21 Fevral 2019

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Dövlət ittihamçısı çıxışında qadının 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası fevralın 28-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı T.Vəliyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib.
Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb.
Hadisəni törədən qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.
Xatırladaq ki, ər və arvadın birgə nikahından iki övladı var.
Oxunub: 215
Oxşar xəbərlər
- Prokuror kafedə qətl törədənə cəza istəyib
- Prokuror kriminal avtoritetə cəza istəyib
- Prokuror Eldar Mahmudovun əmisi oğluna cəza istəyib
- Prokuror 31 yaşlı kişini bıçaqlayana şəxsə cəza istəyib
- Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin ikinсi mərhələsi başa çatıb
- Prokuror 1.3 milyon manat mənimsəyən bank işçilərinə cəza istədi
- Prokuror rüşvət almaqda ittiham edilən AQTA vəzifəlilərinə cəza istədi
- Prokuror Elinanın ölümünə görə direktora cəza istədi
- Prokuror qonşusunu bıçaqlayan şəxsə cəza istəyib
- Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər