Əfqanıstan Veteranları İctimai Birliyinə pul ayrılıb
17:54 21 Fevral 2019
Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, sərəncama əsasən Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1,0 (bir) milyon manat ayrılıb.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb
- Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb
- Əfqanıstanda güclü zəlzələ olub, 255 nəfər ölüb
- Əfqanıstanda məsciddə partlayış törədilib
- Əfqanıstanın paytaxtında partlayış baş verib, ölənlər və xəsarət alanlar var
- Əfqanıstanda "Taliban" hökuməti dövründə 260-a yaxın media orqanı bağlanıb
- Əfqanıstanda naməlum silahlılar "talib"lərə hücum edib, ölənlər var
- Əfqanıstanda məsciddə partlayış törədilib, yaralananlar var
- Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb
- Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb