Gimnastika Federasiyası ilin ən yaxşısı seçildi


19:23     21 Fevral 2019 19_02_21_1550762704.jpg

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən ilin ən yaxşı federasiyası seçilib.

AGF-dən Femida.az-a verilən məlumata görə, federasiya ardıcıl ikinci dəfə il ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq, 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 409