Rezidenturaya sənəd qəbulunun vaxtı uzadıldı
19:37 21 Fevral 2019
Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtını uzadıb.
DİM-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sənəd qəbulu fevral 28-i saat 23:59-dək davam edəcək.
Bildirilib ki, indiyədək 853 namizəd (Azərbaycan bölməsi - 739; rus bölməsi - 114) elektron ərizəsini təsdiq edib. 41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=eg... ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizəsini təsdiq etməyən namizədlər imtahana buraxılmır.
Femida.az
Oxunub: 374
Oxşar xəbərlər
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri elan edilib
- Rezidenturaya və hərbi liseylərə imtahanlar keçirilib
- Rezidenturaya ixtisas seçiminin tarixi açıqlandı
- Rezidenturaya qəbulun birinci mərhələsinin nəticələri açıqlanıb
- Rezidenturaya qəbul imtahanı da təxirə salındı
- Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb
- Rezidenturaya sənəd qəbulu sabah başa çatır
- Rezidenturaya sənəd qəbulu elan edilir
- Rezidenturaya qəbul üçün keçid balı qaldırılacaq