Nazir vətəndaşları qəbul edəcək


19:55     21 Fevral 2019 19_02_21_1550763678.jpg

Kənd təsərrüfatı naziri İnam Kərimov 28 fevral 2019-ci il tarixdə, saat 11:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının, həmçinin Şirvan şəhərinin sakinləri ilə görüşəcək.

Femida.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-213-04-72) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 461