Qonşu ölkədə daha bir dəhşətli xəstəlik təhlükəsi - Siçovullardan keçir


21:12     21 Fevral 2019 2019/02/1550734053_1520346388_ebola-preparation_1550766749.jpg

Rusiya höküməti Nigeriyada "Lassa" qızdırmasının yayılması ilə bağlı bu ölkəyə səfər etməyi planlaşdıran vətəndaşlara çağırış edib.


Femida.az -ın məlumatına görə, Nigeriyaya səfər edənlərə diqqətli olmaları üçün xəbərdarlıq edilib.

Belə ki, 2018-ci il avqust ayından 2019-cu il fevralın 3-ə qədər olan müddətdə ölkənin 19 ştatında 731 "Lassa"ya yoluxma faktı qeydə alınıb. Həmin hallardan 57 nəfər ölüb.

Qeyd edək ki, yüksək qızdırma ilə müşayiət olunan "Lassa" qızdırması nəfəs orqanlarının tıxanması, mərkəzi sinir sisteminin zədələnməsi, eləcə də böyrəklərin sıradan çıxması ilə ölümə səbəb ola bilir.

Xəstəliyin infeksiya yayıcısı isə Afrika sıçovulları hesab olunur.

Açar sözlər:

Oxunub: 405