Gənc qadın özünü öldürmək istədi - Oğlundan üzr istəyib


21:30     21 Fevral 2019 19_02_21_1550767867.jpg

Bərdə rayonu Şörəlli kənd sakini intihara cəhd edib.

Femida.az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, 1989-cu il təvəllüdlü A.Məhərrəmova yaxınları tərəfindən yaşadığı evdə huşsuz vəziyyətdə tapılıb. Onun xeyli miqdarda psixotrop tərkibli dərman qəbul etdiyi məlum olub.

Yaxınlarının sözlərinə görə, A.Məhərrəmovanın psixoloji problemləri vardı və bir müddət idi ki, müalicə alırdı.

İntihara cəhddən əvvəl qadın azyaşlı oğlundan onu bu addımına görə bağışlamasını istəyib. Məhz anasının sözlərini nənəsinə çatdırdıqdan sonra yaxınları qadının intihara cəhdindən xəbərdar olublar.

Bərdə Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Bərdə sakininin vəziyyəti orta ağır olaraq qalır.

Açar sözlər:

Oxunub: 396