Bakıda ruhi xəstə bacısını bıçaqlayıb


22:12     21 Fevral 2019 bicaq1.jpg

Bakıda qardaş bacısını bıçaqlayıb. Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Rayonun Pivəzavod küçəsi, ev 5-də yaşayan ruhi əsəb xəstəsi, 1991-ci il təvəllüdlü Orxan Xeyrulla oğlu Nağıyev onunla birlikdə yaşayan bacısı, 1987-ci il təvəllüdlü Xatirə Xeyrulla qızı Nağıyevanı sol bud nayihəsindən bıçaqlayıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən O.Nağıyev 9 saylı Təcili Tibbi Yardımın psixiatrik briqadasına təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (Trend)

Femida.az

Açar sözlər:

Oxunub: 362