Paytaxtda maşın yanıb


09:02     22 Fevral 2019 yangin_masin_456.jpg

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yanğın baş verib.

Femida.az -ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Muxtar Fətəliyev küçəsində yerləşən iki mərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın nəticəsində evin qarajında olan "Cadillac” markalı lüks avtomobil yararsız vəziyyətə düşüb. Əraziyə FHN-in iki yanğınsöndürən maşını cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 339