Yasamalda narkotacir saxlanıldı
11:24 22 Fevral 2019
Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 27-ci Polis Bölməsi əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əməliyyat zamanı Yasamal rayon sakini Çingiz Hacıyev saxlanılaraq istintaqa təqdim edilib.
Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümümi çəkisi 1 kiloqram 790 qram olan narkotik vasitə heroin aşkar edilərək götüülüb. Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan 5 büküm narkotik vasitə olan heroin aşkar edilib.Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 324
Oxşar xəbərlər
- Yasamalda avtomobil 43 yaşlı kişini vurub
- Yasamalda gənc qızı avtomobil vurub
- Yasamalda 22 yaşlı gənc intihara cəhd edib
- Yasamalda 47 yaşlı kişini avtomobil vurub
- Yasamalda kişi meyiti aşkarlanıb
- Yasamalda 58 yaşlı qadını avtomobil vurub
- Yasamalda avtomobil 54 yaşlı kişini vurub
- Yasamalda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Yasamalda daha 8 nəfər saxlanılıb, 25 kq-dan artıq narkotik götürülüb
- Yasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb