Nazirlikdə yeni təyinatlar olub
11:55 22 Fevral 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etik müvəkkil və informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.
Nazirlikdən Femida.az-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən, nazirliyin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova etik müvəkkil təyin edilib. O, nazirlik sistemində etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli işlərini yerinə yetirəcək.
Əmrə əsasən, həmçinin informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi və onun əldə olunmasının təşkili məqsədi ilə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdə yüksək vəzifə verilən 30 yaşlı gənc kimdir?
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlikdən fermerlərə xəbərdarlıq
- Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...