Binanın damına çıxıb özünü atmaq istədi - FHN SON ANDA...


14:24     22 Fevral 2019 intihar3.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda bir nəfər tikilməkdə olan dördmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər polis əməkdaşları ilə bərabər vətəndaşla psixoloji söhbətlər aparıb. Nəticədə o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 495