Piyadanı vurub qaçmışdı - Tutuldu


14:49     22 Fevral 2019 piyada5.jpg

Fevralın 21-də saat 18 radələrində Pirallahı qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini L.Qasımova vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “OKA” markalı avtomobilin sürücüsü R.Niftəliyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 291