Həcc ziyarətinin qiyməti açıqlandı: 7300 manat
15:04 22 Fevral 2019
Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti artıq məlum olub.
Femida.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları (təxminən 7300 manat) təşkil edir.
Ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.
Artıq Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək arzusunda olan bütün insanlar bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu. Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edirdi.
Femida.az
Oxunub: 1042
Oxşar xəbərlər
- Həcc ziyarətinə icazə verildi - BU ŞƏRTLƏ
- Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib
- Həcc ziyarətində səkkiz uşaq dünyaya gəldi
- Həcc ziyarətinə gedən ikinci qrup yola düşdü - 180 nəfərlik
- Həcc ziyarəti üçün kvota dolub
- Həcc ziyarətinə getmək üçün kvota dolmaq üzrədir
- Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb
- Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
- Həcc ziyarəti üçün zəvvarların ilk qrupu yola salınıb
- Həcc ziyarətində 950 mindən çox zəvvar iştirak edir