Bakıda sürücü maşını yol polisinin üstünə sürdü – VİDEO


15:19     22 Fevral 2019 2019/02/733010_1550834614.jpg

Bu gün 08:43 radələrində Azadlıq prospektində, qoşa YDM-in yaxınlığında 99 BH 089 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsünün 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxmaqla hərəkət axınının əksinə hərəkət etməsi kameralara düşüb.


Femida.az avtosfer.az-a istinadən xəbər verir ki, yol ayrıcında hərəkəti nizamlayan YPX əməkdaşı ona "saxla" əmri verdi. Daha sonra YPX əməkdaşına yaxınlaşanda ona protokol yazılıb-yazılmadığı haqqında məlumat alıb. Yol polisi bildirib ki, sürücü əmrə tabe olmamaqla yanaşı avtomobili onun üstünə sürüb və hətta onu əzib. Bu barədə öz rəhbərliyinə raport da təqdim edəcək.




Görüntüləri təqdim edirik:


Femida.az

Açar sözlər:

Oxunub: 784