Bir gün əvvəl nişanı olan gənc qəzada öldü


15:46     22 Fevral 2019 19_02_22_1550836081.jpg


Bakıda qəzaya düşən gənc vəfat edib.

Femida.az-ın oxu.az-a istinadən məlumatına görə, gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan 1990-cı il təvəllüdlü Novruzov Əli Hüseynağa oğlu Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Əli Novruzovun dünən nişanı olub.

O, metronun “Əhmədli” stansiyasından Hövsana bir manata sərnişin daşıyan taksidə qəzaya düşüb.

Yaralıların yaxınlarının dediyinə görə, taksi sürücüsünün qarşısına yolun əks istiqamətində hərəkət edən avtomobil çıxıb.

Sürücü avtomobili qəzadan yayındırsa da, maşın yolun kənarında olan daş maneəyə çırpılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 891