“Cibgir Sürəyya” hakim qarşısına çıxarıldı


18:10     22 Fevral 2019 qadin%20ogur.jpg

Səbail rayon Məhkəməsində xeyli miqdarda oğurluqda təqsirləndirilən Sürəyya Balayevanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Femida.az xəbər verir ki, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 5-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin noyabr ayında S.Balayeva Səbail polisi tərəfindən saxlanılıb. DİN-dən verilən məlumata görə, oğurluq etmiş S.Balayevanın ətrafında Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha üç nəfərin müvafiq olaraq 300, 61 və 225 manat pullarını oğurlaması da müəyyən edilib.

Xatırladaq ki, Sürəyya Balayeva 19.09.2011-ci ildə də eyni əməllə həbs olunub. Belə ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də paytaxtın Neftçilər prospektindəki ticarət mərkəzində, şəhər sakini Solmaz Quliyevaya məxsus içərisində 1000 manat, sənədlər, bankomat kartı olan çantanı oğurlamış Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Sürəyya Balayeva tutulub.

Açar sözlər:

Oxunub: 695


Oxşar xəbərlər