Bərdədə doğuş faciəsi


16:33     22 Fevral 2019 19_02_22_1550838865.jpg


Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində doğuş zamanı körpə ölüb.

Femida.az oxu.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü, Tərtər rayonu Səhləbad kənd sakini Əhmədova Gülxarə Əfqan qızı fevralın 21-də Bərdə doğum evinə 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub.

Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş uşaq ölüb. Ölən körpə oğlan olub.

Məsələ barədə məhkəmə-tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyitinə baxış keçirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 545