Qubada üçəm körpə dünyaya gəlib - 10 ildən sonra
19:13 22 Fevral 2019
Quba rayonundakı 1-ci Nügədi kənd sakini, 36 yaşlı İlahə Mirzəyeva üçəm körpə dünyaya gətirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, körpələr bu gün səhər saatlarında Qusar rayonunun mərkəzi xəstəxanasında dünyaya gəliblər və onların üçü də oğlandır.
Uşaqların çəkisi 2,8, 2,7 və 1,8 kiloqramdır. Ananın müalicə həkiminin sözlərinə görə, İlahə Mirzəyeva ikinci dəfədir ki, övlad dünyaya gətirir. O, birinci övladını evliliyindən 7 il sonra dünyaya gətirib. 2,5 il fasilədən sonra bir qız anası olan İ.Mirzəyeva yenidən həkimə müraciət edib və müalicələrdən sonra arzusuna çatıb.
Körpələrin və ananın vəziyyəti normaldır. Qusar rayon doğum şöbəsinin müdiri Anjela Əlifxanova üçəmlərin vaxtında dünyaya gəldiyini və körpələrin səhhətində problem olmadığını bildirib.
Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, doğum evində sonuncu dəfə üçəm 2017-ci ilin dekabrında hərbçi ailəsində dünyaya gəlib.
Oxunub: 581
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb