Polis ölən şəxsin yaxınlarını axtarır (FOTO 18+)


16:51     22 Fevral 2019 meyit.jpg

Cari il fevral ayının 21-də Səbail rayonunun M.Muxtarov küçəsində 45-50 yaşlarında, üzərində heç bir zorakılıq əlaməti olmayan naməlum kişi meyidi aşkar edilib.


DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 şəhər və (055) 226-54-54 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Açar sözlər:

Oxunub: 552