Həmsədrlər Qarabağa getmədi

Həmsədrlər Qarabağa getmədi


18:37     22 Fevral 2019 osceee.jpg


ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə səfər çərçivəsində Ermənistana səfər edib, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Baş nazir Nikol Paşinyanla görüşüblər. İrəvandan sonra həmsədrlər Bakıya gəldilər. Lakin bu dəfə mövzu ilə bağlı həmsədrlər Qarabağa səfər etmədilər.


Həmsədrlərin Qarabağa səfər etməməsini erməni politoloqlar fərqli şəkildə şərh etməyə çalışıblar.

Erməni politoloq Qarik Keryan ATƏT-in Minsk qrupunun Qarabağa getməməsini izah edə bilməyib.

"Əgər getsəydilər çox yaxşı olardı, amma niyə getmədiklərini izah etməyə çətinlik çəkirəm", - deyə o qeyd edib.

Digər erməni politoloq Narek Minasyan isə hesab edir ki, həmsədrlərin bölgəyə səfəri iki ölkə rəhbərinin görüşlərinin təşkil edilməsi ilə əlaqədardır.

"Bu barədə həmsədrlər tərəfindən öncədən bəyan edilib. Azərbaycanda keçirilən görüşlərin nəticələrindən asılı olaraq, indiki mərhələdə rəhbərlər arasında görüş prosesinin mümkünlüyü barədə ümumi təsəvvür yaranacaq", - deyə o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 227