Kirayə qaldığı evdən oğurluq etdi - Foto


17:19     22 Fevral 2019 19_02_22_1550841617.jpg

Fevralın 6-da Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan bir qadın ona məxsus mənzildən məişət əşyalarının oğurlandığını bildirib.



DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Nizami RPİ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzilindən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin həmin mənzildə kirayə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov müəyyən edilərək saxlanılıb. R. Sadıxov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 426